Deyək ki, sizə uşağınızın əməliyyat olması lazım olduğu bilgisi verildi. Ən yaxşı cərrahı necə seçməli? Ən məşhur cərrahı mı seçməli? Sizə ən bahalı qiymət deyən cərrahı mı seçməli? Dost-tanışı müalicə edən cərrahı mı seçməli? Zatən uşağı əməliyyat olacaq olan bir valideyn olaraq stresslisiniz, bu stresinizi bir də doğru cərrah seçmə mərhələsində biraz daha artırmış ola bilərsiniz. İstər ölkəmizdə olsun, istərsə də ölkəmizdən kənarda kapitalist düzənin hökm sürdüyü məmləkətlərdə hər kəsin reklam sayəsində önə çıxa bildiyi bir düzəndə sağlam seçim etməyin çox çətin olduğunu anlamaq mümkündür.
Əməliyyatın uğurlu olması baxımından çox əhəmiyyət kəsb edən bu məsələdə sizə ən çox güvən verən cərrahı seçməlisiz deyə düşünürəm. Özünüzü yanında ən rahat hiss edə biləcəyiniz, suallarınızı çox rahatlıqla soruşa biləcəyiniz cərrahı seçməlisiniz.
Həkiminizə aydın suallarla müraciət edin.
Hər şeydən əvvəl bu xəstəliyin əməliyyatsız həll yolunun olub olmadığını soruşa bilərsiniz. Sizə açıq yoxsa laparoskopik əməliyyat edilib edilməməsi və hansının nə baxımdan üstün olduğunu soruşa bilərsiz.
Yaxşı cərrahı necə seçmək olar?
Unutmayın! Ən yaxşı cərrahı xəstələrindən anlamaq mümkündür. Cərrahın aynası xəstələridir. Bu baxımdan sizi əməliyyat edəcək cərrahın daha əvvəl əməliyyat etdiyi xəstələr ilə əlqaə saxlaya bilərsiniz.
Yaxşı cərrah mı seçmək, yoxsa yaxşı xəstəxana mı seçmək?
Bu sual qarşısında qalmısınız isə bunun cavabı yaxşı cərrahdır. Amma bunu bilməkdə fayda var ki, yaxşı cərrah yaxşı xəstəxanada çalışmağı seçər. Cərrahiyyə artıq keçmişdəki kimi tək adamlıq bir müalicə olmaqdan çıxmışdır. ağır əməliyyatlar edən yaxşı bir uşaq cərrahının çox yaxşı bir anestezioloqa, çox yaxşı uşaq həkimlərindən ibarət multidisiplinar bir xəstəxadanada çalışmağa ehtiyacı var.
Şöhrəti deyil, başarısı önəmlidir!
Azərbaycanda məşhur olar reklamı güclü cərrahdır məsələsinə gəldikdə isə bunu bilməlisiniz ki, reklamı ilə önə çıxan cərrahlar və yaxud heç üzdə olmayan amma işi ilə tanınan cərrahlar arasında seçim etmək istəsəniz həkimlərin CV lərini araşdırmanız tövsiyyə olunur.
Yaxşı cərrahı önə çıxaran özəlliklər hansılardır?
- Özünə güvənməsi və xəstədə güvən yaratması
- Mənəvi baxımdan xəstəni əməliyyata hazırlayabilmə bacarığı
- Əməliyyatdan əvvəl eynilə idmançılar kimi əməliyyata hazırlanması (İstirahət, yuxu, qidalanması)
- Sürətli və doğru qərar vermə bacarığı
- Bilgiləndirmə məsələsindəki bacarığı
- Suallarınıza dəqiq cavablar verməsi və bundan bezginlik hiss etdirməməsi
- Gözləntisi yüksək xəstələrlə düzgün dialoq qura bilməsi
- Yenilikləri izləməsi
Bir cavab yazın