Tibbin her sahəsində etik davranmanı təşviq edən qaydalar mövcuddur. Xəstə həkim əlaqələrində əmələ gələ biləcək etik probremlər tibbin hər ixtisasında mövcud ola bilər. Ancaq cərrahi ixtisaslarda bu məsələ daha kəskin sərhədləri ilə qeyd olunmuşdur. Cərrahlar xəstələrin bədəninə bilavasitə cərrahi müdaxilə etdiyi üçün bu iş çox daha ciddi məsələyə çevrilir. Uşaq cərrahiyyəsində isə işin içində valideyn olduğu üçün iş daha qarmaqarışıq hala çevrilə bilər. Uşağı üçün qərar vərmə mərhələsində olan valideynlər və qarşısında duran bir cərrah! Bu dialoqdan çox şey asılıdır.

Hər cərrahi əməliyyatın bir riskinin olduğu hansı əməliyyatda bu risk çox, hansı əməliyyatda az olduğunu valideynlərlə danışdıqda mütləq bilgiləndirilməlidir. Daha əvvəllər edilmiş olan çalışma və məqalə nəticələrinə görə bu risklər çox aydın şəkildə tibbi ədəbiyyatlarda qeyd edilmişdir. Bu bilgiləri valideynlərlə paylaşmamız lazımdır. Cərrahi etikanın təməli bilgiləndirmədir!

Diaqnozun doğru qoyulduğuna dair, müalicənin cərrahi yolla mümkün olacağina dair bilgilər ailələr ilə paylaşılmalıdır. Bu zaman müalicəni həyata keçirən sadəcə cərrahın qabiliyyəti deyil, xəstəxananın digər personal heyəti və xəstəxananın özünün də doğru ünvan oldub olmamasından əmin olmaq lazımdır. Bütün bu suallara cavab verildikdən sonra əsas məqam xəstənin əməliyyatda və ya əməliyyatdan sonra ola biləcək bütün məqamlarla bağlı məlumatlandırılmasıdır. Bu mərhələdə sadəcə əməliyyat razılığı formuna xəstənin imza atdırılması deyil, onun təfərrüatlı məlumatlandırıldıqdan sonra qəbul edib razılıq formuna imza atması ən doğru həkim-xəstə əlaqəsi şəklidir.
Etibar faktoru xəstə həkim əlaqəsinin etik təməlidir. Digər bir deyimlə xəstə həkim əlaqəsinin etik təzahürü etibar məfhumu üzərində inşa edilir. Uyğun bir şəkildə alınmış aydınlatılmış (açıq aşkar sözlü və yazılı bilgiləndirmə) razılıq formları cərrah və xəstəsi arasında qurulan etibar məfhumunun ən təməl qaydasıdır.
Bir cavab yazın