Uşaq anesteziyası: Eşitdikləriniz və gerçəklər

Мифы и реальность

Əgər uşağınızın cərrahi əməliyyat tələb edən xəstəliyi varsa və əməliyyat qərarı verilibsə, əməliyyatla, xüsusən də anesteziya ilə bağlı suallarınız ola bilər. Uşağınızın anesteziya zamanı yuxuya getməsi və huşunu itirməsi və ya müvəqqəti də olsa hisslərini itirməsi düşüncəsi sizin üçün çətin və sıxıcı ola bilər.

Sadə bir cərrahi proseduradan ciddi bir cərrahi əməliyyata qədər istifadə ediləcək anesteziya haqqında bir fikrə sahib olmaq suallarınıza cavab verə bilər və eyni zamanda sizdə bir qədər rahatlama təmin edə bilər. Bu məqaləni uşağınıza əməliyyatdan əvvəl veriləcək anesteziya haqqında sizdə bir fikir əmələ gətirmək üçün yazdım.

Uşağın cərrahiyyə əməliyyatına ehtiyacı olduqda, valideynlər üçün ən böyük narahatlıqlardan biri anesteziyanın təhlükəsizliyidir. Bu narahatlıqlar tez-tez müasir uşaq anesteziyası haqqında yanlış məlumat və ya məlumatın olmamasından yaranır. Ancaq tibbdə irəliləyişlər sayəsində anesteziya hətta vaxtından əvvəl doğulmuş uşaqlar üçün də kifayət qədər təhlükəsiz hala gəlmişdir.

Güvənli anesteziya nədir?

  • Uşaq anestezioloqları uşaqlara böyüklərdən fəqli diqqət və yanaşma prinsiplərinin təhsilini almışdır.
  • Davamlı monitorinq cihazları ürək döyüntüsü, oksigen səviyyələri və tənəffüs kimi həyati əlamətlərə daim nəzarət edir.
  • Anesteziya dozaları uşağın yaşına, çəkisinə və sağlamlıq vəziyyətinə uyğun olaraq diqqətlə tənzimlənir.

Anesteziya (narkoz) uşaqların beyin inkişafına zərər verirmi? Narkoz almış uşaq əsəbi olurmu?

Qısa və ya uzunmüddətli anesteziyaya məruz qalmanın beyinə zərəri ilə əlaqəli, uşağın əsəb sistemini pozduğuna dair elmi sübutlar yoxdur. Bu bilgilərin əksəriyyəti ağızdan ağıza keçmə məlumatlardır. Bəs od olmayan yerdən tüstü çıxmaz, bu məlumatlar necə nəsildən nəsilə ötürülüb?

İllər boyunca ölkəmizdə uşaq anesteziyası ilə bağlı oturuşmuş bir sistem olmadığı üçün əməliyyatlarda və qeyri peşəkar xəstəxanalarda ciddi problemlər yaşanmışdır. Bunlar təbii ki istər mətbuatda istərsə də xalq arasında ciddi haqlı olan rezonas doğurmuşdur. Uşaq cərrahiyyəsinin təməli uşaq anesteziyasına dayanır və tehlükəsiz xəstəxanada və komanda ilə bu əməliyyatlarda uğur şansı vardır, əksi halda hər kəs pis sürprizlərlə qarşılaşa bilər.

Hər uşaq hər xəstəxanada əməliyyat ola bilməz! Hər uşaq hər xəstəxanada anesteziya ala bilməz! Kiçik uşaqlar üçün ümumiyyətlə xəstəxana, müasir avadanlıq, mütəxəssis komandası olmadan edilən uşaq cərrahiyyəsi əməliyyatları təhlükəsizlik baxımından risklidir.

  • Vacib məlumat:
  • Əksər prosedurlarda anesteziyaya məruz qalma qısadır və az risk yaradır.
    -Uzun və ya təkrar əməliyyatlar tələb olunduqda, həkimlər ən aşağı təsirli dozalardan istifadə edərək əlavə ehtiyat tədbirləri görürlər.

Valideynlər üçün əminlik: Amerika Pediatriya Akademiyası vaxtında və geciktirilmədən müraciət edilən xəstələrdə cərrahiyyənin faydalarının anesteziyanın mümkün risklərindən qat-qat üstün olduğunu vurğulayırlar.

Uşaq və yenidoğulmuşlar ağrı hiss etməzlər düşüncəsi tamamən yanlışdır. Anesteziya prosedur zamanı uşağın ağrı hiss etməməsini təmin edir. Yüksək ürək vurğuları və qan təzyiqi kimi zərərli stress reaksiyalarını azaldır. Anesteziya təkcə ağrıları aradan qaldırmaq üçün deyil, həm də təhlükəsiz və idarə olunan cərrahiyyə mühiti yaratmaq üçün çox vacibdir.

Bu məqalədə mən sizlərə anesteziyanın doğru xəstəxanalarda və peşəkar həkim və tibb personalı ilə düşünülənin əksinə zərərli olmadığından bəhs etdim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Salam!