Labial Sinexiya

Labial sinexiya- qız uşaqlarında kiçik cinsiyyət dodaqlarının bir-birinə yapışması durumudur.
Bu daha çox 3 ay ilə 6 yaş arasında görülür. Səbəbi tam olaraq bilinmir. Amma bu yaşlarda genital bölgənin estrogen azlığının olduğu zamanlardır. Ona görə də genital bölgənin qoruyucu hormonunun az olduğu vaxtlarda kiçik inflamatuar proseslər dəri tamlığının asanlıqla pozulmasına və bu bitişmələrin yaranmasına səbəb olduğu düşünülməkdədir.
Bu yaşlarda bu bölgədə bişməcələr və dermatitlər də çox olduğundan  dəri tamlığı pozulduğu üçün yarana bilir.
Nəm salfet istifadəsi də səbəblər arasında göstərilir.
Ananın həddindən çox təmizkar olması və uşağın genital hissəsini çox təmiz saxlaması üçün verdiyi mücadilə də səbəblər arasında göstərilir (həddindən artık silmək təmiz saxlamaqdan yayının).
Labial yapışıqlıq adətən pediatrın rutin müayinələri əsnasında görülür və diaqnoz qoyulub cərraha yönləndirilir.
 
Labial sinexiya və ya yapışıqlıq hərhansı probləmə səbəb olarmı?
– sidiyə çıxdıqdan sonra sidiyin vaginaya dolması (vaginal reflüks) nəticəsində böyük yaşlarda sidik damlatma şikayəti
– Sidik yolu infeksiyası riskində artış
 
Labial yapışıqlıq necə müalicə edilir?
Çox erkən fərq edilən və incə bir natamam pərdə kimi görsənən yapışıqlıqları bəzən nəmləndirici kremlərlə bölgənin basdırılaraq masaj edilməsi sonrası öz-özünə açılır
Daha kiçik yaşlarda natamam yapışıqlıqlar poliklinika şərtlərində tərəfimizcə açılır
Təkrarlayan, həssas və genital bölgə müayinəsinə izin verməyən uşaqlarda müdaxiləni sadəcə sedasiya şəraitində edirik.
 
Unutmayin, labial yapışıqlıq təkrarlaya bilən bir xəstəlikdir. Burada əməliyyatdan çox onun sonrakı baxımı əhəmiyyət kəsb edir!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Salam!