Uşaqlarda hemangioma ən çox görülən xoşxassəli damar törəmələridir. Yaranma səbəbi bilinməməkdədir. Daha çox vücudun baş-boyun hissəsində rast gəlinir.
Adətən ailələr uşaqlarını bizə gətirdiyi zaman ya doğulduqdan sonra yox idi günlər içində yarandı deyirlər, ya da doğumdan sonra bir ləkə kimi idi günlər keçdikcə daha da dolğunlaşmağa və böyüməyə başladığını ifadə edirlər. Adətən hemangiomalar ilk 6 ay içində sürətlə böyümə trendində olarlar. Uşaq 1 yaşına çatanda hemangiomaların böyüməsi dayanar və sonrakı aylarda geriləmə fazasına girərlər.
Ancaq biz hansı hemangiomaların böyüyəcəyi, hansı hemangiomaların böyüməyəcəyi, hansılarının isə nə dərəcədə geriyə sorulacaqları haqqında əvvəlcədən proqnoz verə bilmirik. Buna görə də bəzi xəstələrə sadəcə yaxın izləm, bəzilərinə müalicə başlayırıq. Çox az bir qrup hamangioma xəstəsi vardır ki, biz onlara əməliyyat təklif edirik. Müalicə ilə vaxtında bizim təqibimizə girmiş xəstələri əməliyyat həddinə çatdırmadan müalicə edə bilirik və bu baxımdan çox uğurlu nəticələrə sahib olduğumuzu vurğulaya bilərik.
Bir hemangioma xəstəsi gəldiyi zaman onun əvvəlcə fiziki müayinəsi edilir və ailəyə ünvanlayıb onlardan alacağımız bir neçə suala cavab axtarırıq. Daha sonra qaraciyərdə də olub olmadığını yoxlama üçün bir ultrasəs müayinəsi istəyirik. Əgər beta-blokator müalicəsi başlayacağımız xəstəmiz olarsa ürəyin müayinəsi üçün mütləq bir uşaq ürək həkiminin konsultasiyasını istəyirik.
Hemangiomalı uşağın ilk müalicəsini xəstəxanada 24 saat anası ilə palatada yatıraraq başlayırıq. Uşağın qan şəkəri, təzyiqi, ürək döyüntülərinin sayı və tənəffüsü moitorinq edilir. Adətən heç bir yan təsir müşahidə olunmur və uşağın anasına dərmanın istifadə qaydası başa salınaraq evə yollanır. Uşaq aylıq kontrollar ilə nəzarətdə saxlanılır.
Aşağıda mən sizinlə müalicə başladıqdan 2 və 6 ay sonra bir xəstə üzərində nəticəni sizinlə paylaşacağam:



Bu şəkildə isə mən sizə təqibsiz qalmış və müayinələrə gəlməmiş bir xəstənin hemangiomasını paylaşacağam. Bu xəstə artıq bu mərhələdə müalicəyə cavab verməyəcəyi üçün əməliyyat tövsiyyə edilmişdir.


Unutmamaqda fayda vardır ki, hemangiomalar erkən müalicəni sevir. Təqibsiz qalan bir hemangioma sonra dərman müalicəsindən fayda görməyəcəkdir!
Bir cavab yazın