Pilor

_____Pilor stenozu xəstəliyi əlamətlərini uşaqlar doğulduqdan 1-2 ay sonra göstərməyə başlayır. Xəstəliyin əsas əlaməti fışqırır tərzdə qusmadır. Uşaq anasını əmdikdən bir müddət sonra fontan şəklində qusmağa başlayar.Hamımıza məlumdur ki, uşaqlar zatən reflüksləri olduğu üçün qusmağa meyllidirlər. Ağız kənarından “çürümüş süd” şəklində qusmaları biz də normal qəbul edirik. Amma bu qusmanın normal bir qusma olmadığını ailə hiss edər. Körpədə hər şey normal gedərkən əvvəlcə qusmaların şiddəti sonra isə sayı artar. Bu qusmalar ağ rəngli ana südü tərkiblidir. Bu qusmaların sayı artdıqca uşağın kilo alması dayanar və hətta kilo verməyə başlayar. Uşağın qanında olan kalium və xlor miqdarı qusma ilə azalar. Uşağın qan qazında “metabolik alkaloz” dediyimiz pozuntu başlayar.

Xəstəliyin tam adı infantil hipertrofik pilor stenozudur – yəni bu xəstəlik infantların xəstəliyidir. Mədə çıxışındaki bu darlıq xəstəliyinin diaqnozunun qoyulmasında anadan alınan qusma haqqındaki məlumatlar çox dəyərlidir. Bu xəstəlikdən şüphələndiyimiz zaman bir qarın ultrasəs müayinəsi və qan qazı analizi istəyirik. Hər baxımdan xəstəliya aid bariz əlamətlər daşıyan xəstələrin diaqnozunu qoymaq çətin deyil. Əsas çətinlik normal qusmaları xəstəlik başlayan ərəfədəki qusmalardan ayıra bilməkdir. Xəstələrin əməliyyatı mərkəzi xəstəxanalarda təcrübəli, ixtisaslaşmış uşaq cərrahları tərəfindən edilməlidir. Unutmaq olmaz ki, bu xəstəlik sadəcə cərrahi xəstəlik olmaqdan çıxmış, eyni zamanda uşağın qan dəyərlərini pozan bir xəstəlik olmuşdur. Ancaq uğurlu bir əməliyyat sonrası körpəniz tez bir zamanda əvvəlki sağlamlığına qovuşacaqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Salam!