Sünnət (penis) başının iltihabına balanit, sünnət dərisinin iltihabına isə postit deyilir. Adətən bu ikisi birlikdə görüldüyü üçün xəstəliyə balanopostit demək daha doğru olar. Səbəbi sünnət olmamış uşaqlarda sünnət dərisinin və onun altında yerləşən smeqmanın infeksiyalaşmasıdır. Bəzi uşaqlarda sünnət dərisi dar olduğu üçün geri çəkildiyi zaman zədələnər və infeksiya düşməsi üçün münbit şərait yaranar. Bu zaman sünnət dərisi qızarar, şişər və ağrılı olar. Proses irəliləməyə davam edərsə sünnət dərisinin ucundan irin axmağını belə görə bilərsiz. Ödəm səsəbi ilə uşağın sidiyə çıxması çətinləşə bilər. Antibiotik müalicəsi, ilıq su vannası və lokal kremlərlə adətən müalicə olunur.

Nadir hallarda pülük altına irin toplandığı zaman onun boşaltmaq üçün kiçik cərrahi manipulyasiyalar lazım ola bilər.Sünnət dərisini geri çəkdiyiniz zaman oraya infeksiya salma ehtimalınız var. Oğlan uşaqlarında sünnət dərisinin geri çəkilməsi tövsiyyə olunmur. Təkrarlayan balanopostitlərdə sünnət tövsiyyə olunur. Bir məqama diqqət etmək lazımdır ki, aktiv balanopostit infeksiyası zamanı sünnət edilməz, müalicə edildikdən və iltihabi proses söndükdən sonra sünnət etdirmək olar.

Bir cavab yazın