Axalazya udmanı çətinləşdirən bir xəstəlikdir. Axalaziya qida borusunun hərəkətliliyində, yığılmasındakı bir problem səbəbi ilə xüsusən qida borusunun alt hissəsində yerləşən sfinkterin udqunduqda boşala bilməməsi ilə xarakterize bir xəstəlikdir.
Axalaziya nadir görülən bir xəstəlikdir. Təxminən 100.000 də 1 görülür. Uşaqlarda axalaziyanın ən bariz simptomu qidalanma sonrası olan qusmadır. Daha böyük uşaqlarda udanda sinəsinin arxasında tıxanma hissi və ağrı da olur. Axalaziyası olan uşaq bəslənmə problemi yaşadığı üçün böyüməsi və inkişafı ləngiyər. Axalaziyası olan bir uşaq eyni zamanda tənəffüs problemi də yaşaya bilər-bunun səbəbi yatdıqda qidanın geriyə axaraq tənəffüs yoluna düşməsidir.
Qida borusuna verilən kontrast maddə ilə diaqnoz dəqiqləşdirilə bilər. Bu zaman genişlənmiş bir qida borusu və mədəyə keçiş hissədə onun quş dimdiyi kimi incəlməsini görə bilərik.

Axalaziyanın müalicəsində iki metoddan istifadə edirik.
1. Balon dilatasiyası 2. Cərrahi əməliyyat
Balon dilatasiyası bir neçə seans ola bilər. Bu sırada cərrahisiz müalicə mümkün olmaqla birlikdə əməliyyata qədər zaman qazanıb uşağın böyüməsi üçün dəyərli metod sayılır. Cərrahi əməliyyat zamanı isə qarından açıq və ya qapalı yol ilə qida borusunun alt hissəsinin tam qat olmayan kəsisi və antireflü texnika icra olunur.