Bətnə düşmüş embrio dilimizdə döl adlanır. Döl yarandıqda onun cinsiyyəti genetik olaraq məlum olur. Buna genetik cinsiyyət deyirik. Genetik cinsiyyət X və Y hərfləri ilə ifadə olunur ki – kişi cinsiyyətinin 46 XY, qadın cinsiyyətinin isə 46 XX olduğu çoxunuza məlumdur. Amma insanoğlunun cinsiyyəti sadəcə xromosomal cinsiyyətlə yekunlaşmır. İnsanın həm daxili cinsiyyət orqanları (buna gonadal cinsiyyət deyirik, bunlara qızlarda uşaqlıq və yumurtalıqlar aiddir), həm də xarici cinsiyyət üzvlərinin (buna fenotipik cinsiyyət deyirik) normal şəkildə inkişaf etməsi lazımdır ki,

tam sağlam genetik inkişaf tamamlanmış olsun. Bütün bunlar saysız hesabsız genlər ilə kontrol edilməkdədir. Bu genetik kodların hərhansı bir mərhələsində xəta baş verdiyi zaman məhz cinsiyyətin inkişaf pozuntusu xəstəliyi meydana çıxır. Cinsi inkişafın pozğunluğu yenidoğulmuş bir uşaq üçün çox təcili tibbi müalicələrin lazım olduğu bir problem də ola bilər. Bu məqsədlə cinsiyyətin gözlə görülən bir anomaliyası olan yenidoğulmuşları mütləq bir uşaq endokrin həkimi və uşaq cərrahı müayinə etməlidir. Amma bəzən yenidoğulmuş zamanından etibarən var olan problem uşaq həddi buluğ çağına çatanda özünü biruzə verir. Hər 5000 uşaqdan birində qarışıq cinsiyyət probleminə rast gəlinir. Erkən diaqnoz sosial və psixolojik səbəblərdən və mineral itirən KAH diaqnozu uşaqlardan yana çox əhəmiyyətlidir.
Uşaq doğulduqdan sonra o ilk sual olan uşaq qızdı yoxsa oğlan sualına cavab vermək və ya bu suala cavab verə bilməmək ciddi bir problemdir. Ailə ilə təmasda olacaq olan tibb personalının üzərində bu baxımdan ciddi məsuliyyət vardır. Dialoqun düzgün qurulması, cümlə qurarkən sözlərin diqqətlə seçilməsi, uşağın cinsiyyəti haqqında fikir bildirərkən çox diqqətli olunması lazımdır. Günümüzdə qarışıq cinsiyyətli uşaqların əməliyyatının sosial medya platformalarında nümayiş olunduğu bir ortamda bu məsləhətlər nə qədər işə yarayacaq demək çətindir amma özəlliklə bu qədər həssas bir mövzuda tibbi etikanın qaydalarına riayet etmək hem o uşağın gələcəyi üçün həm də ailənin psixososial vəziyyəti üçün vacib bir amildir. Cinsiyyətin inkişaf pozğunluğu olan uşaqlar doğulduqdan sonra mütəxəssislərin iştirakı ilə keçirilən toplantıda müzakirə edilməli, uşağın adı qoyulmayıbsa mütəxəssislərlə məsləhətləşərək uşağa ad seçilməli və sənədləşmə işləri mütəxəssislərin verdiyi rəy əsasında hazırlanmalıdır.

Dünyada cinsi inkişafın pozğunluğu olan uşaqların hermafrodit, intersex kimi damğalayıcı ifadələri artıq tibb tarixinin tozlu səhifələrində yer almaqdadır. Dünya tibbi nə qədər qarışıq cinsiyyətli uşaqları və ailələrini qorumağa çalışsa da nə qədər təzadlıdır ki, televiziya, sosial media kimi kütləvi informasiya vasitələrində cinsi kimliyin rollarının dəyişdiyi durumların və bu insanların ön plana çəkilməsi trendi davam etməkdədir.
Hər zaman qarışdırılan bir mövzu olduğu üçün bu məsələyə toxunmadan keçməmiz mümkün olmayacaq: qarşıq cinsiyyətlə doğulmuş uşaqlar başqa kateqoridə yer alarkən, cinsi kimlik pozğunluğu olan insanlar isə tamamən başqa kateqoriyada dəyərləndirilməlidir.
Mən bir xəstəmin valideynləri ilə görüşdüyümdə qarışıq cinsiyyətlə doğulan uşağa filan genin filan yerində bir kodlaşdırma xətası var dediyimdə, “ Doktor, mən bunlarda anlamaram bu uşaq Allahdan bizə belə göndərilibsə nə kömək edə biliriksə edəcəyik və qəbul edəcəyik” demişdi. Valideynlərin bunu bir xəstəlik olaraq görməsi və müalicəsi üçün endokrin müalicələr və cərrahi əməliyyatlara məruz qalacağını çətin də olsa qəbul etdiklərinin şahidi oluruq.
Qarışıq cinciyyətlə doğulan uşaqların cinsi kimlik pozğunluğu olan insanlardan ayrılması lazımdır və bu iki məsələ bir-birindən uzaq tutulmalıdır.
Bəs nədir cinsi kimlik pozğunluğu?

Əvvəlcə bunu qeyd etməliyik ki, sağlam insanlar tamamən qadın və ya tamanən kişi deyildir. Sağlam hər qadında onun bilincindən kənar kişi xarakterləri (buna kişi akretipi deyirik) olduğu kimi sağlam hər kişidə də onun bilincindən kənar qadın akretipi var. Məsələn qadın bilincindən kənar qarşı cins özəlliklərini öz bilincindəki cinsin özəllikləri ilə birləşdirdiyi zaman sağlam qadın xarakteri formalaşır. Bunun eynisi kişi cinsinə də aitdir. Cinsi kimlikdə pozulma o zaman olur ki, bilincdən kənar qarşı cins özəllikləri dominantlaşaraq bilinci də əhatə etməyə başlayır.
Bax bu zaman cinsəl kimlikdə pozulma, gay, lezbiyen, transseksual davranışlar ortaya çıxa bilər.
Bilincdən kənardakı qarşı cins özəlliklərini tamamən rədd etmək isə homofobik davranış biçimli insanların yaranmasına səbəb olur ki, bu insanlar da cəmiyyətdə istənməyən insanlar olurlar. Tarazlığı saxlaya bilmək günümüzdə çətinləşməyə davam etməkdədir. Tarix boyu qarışıq cinsiyyət ilə doğulan uşaqlar və cinsəl kimlik pozğunluğu (cinsiyyət disforiyası) olan insanlar var olmuşdur. Ancaq sosial media, rəqəmsal TV platformaları vasitəsi ilə dünyada və ölkəmizdə hər bilginin sürətlə yayıldığı bir zamanda nə qarışıq cinsiyyətlə doğulan uşaqların bilgilərinin reytinq xətrinə yayılması, nə də cinsiyyət disforisi olan insanların önə çəkilərək bunun normallaşdırılması doğru deyildir.