
Uşaq cərrahı Op. Dr. Nicat Vəliyev 10.12.1986-cı ildə Zəngilan rayonunun Qaradərə kəndində anadan olmuşdur. Birinci sinfə Zəngilan rayon Qaradərə kənd məktəbində başlasa da mənfur düşmənimizin rayonu işğal etməsindən sonra orta məktəbi qaçqın həyatı yaşayan hər uşaq kimi bir neçə məktəb dəyişərək başa vurmuşdur. Litsey illərini isə Kimya-Biologiya təmayüllü Respublika Liseyində keçirmişdir. Litseyi bitirəndən sonra eyni ildə (2004) Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur. Universiteti bitirəndən sonra (2010) TUS imtahanını müvəffəqiyyətlə keçərək İstanbulda yerləşən “Marmara Üniversiteti Tıp Fakültesi Çocuk Cerrahisi Ana Bilim Dalı” da (2012) uşaq cərrahiyyəsi asistan həkimi olaraq həm təhsil almış – təhsil alarkən də çalışmışdır. “Uşaq Cərrahiyyəsi Mütəxəssisi” olma yolunda (Çocuk Cerrahisi Uzmanı) 5 il 8 aylıq bir period keçərək, minlərlə əməliyyat və onminlərlə xəstə müayinəsi sığdırmışdır.
Uzmanlıq diplomumu aldıqdan sonra eyni ildə kafedra rəhbərliyinin istəyi üzərinə Yüksek Öğretim Kurulu Başkanlığı (YÖK) tərəfindən Kafedraya “Yabancı Uyruklu Öğretim Görevlisi” təyin edilərək , eyni zamanda təhsil aldığı xəstəxanada (Marmara Üniversitesi Pendik Eğitim Araştırma Hastanesi) uzman uşaq cərrahı olaraq çalışmışdır. 01.09.2020 -30.06.2024 tarixləri arasında Bakı şəhərində yerləşən– “Ege Hospital” xəstəxanasında fəaliyyət göstərmişdir. 01.07.2024 tarixindən etibarən Liv Bona Dea hospitalda uşaq cərrahiyyəsi uzmanı olaraq fəaliyyət göstərməkdədir.
Təhsil
