Hipospadias kişi cinsiyyət orqanı olan penisin inkişaf qüsurudur. Penisin içində olan sidik kanalı bu xəstələrdə anadangəlmə olaraq qısa olur. Bu kanalın qısalıq dərəcəsindən asılı olaraq hipospadiasın yüngül vəya ağır formada olması müəyyən edilir. Məsələn, uşaqda penisin kökündən sidik sızırsa bu ağır forma hipospadias sayılır, yox əgər penis başına yaxın bir yerdən sidik gəlirsə bu nisbətən yüngül forma sayılır.
Bu uşaqlarda sünnət dərisinin alt tərəfi açıqdır və əksinə üst hissəsinə dəri yığıntısı çoxdur. Normalda isə sünnət dərisi penisin başını hər tərəfdən sarmalıdır. Hipospadiasın görülmə tezliyi hər 300 doğumdan birində olmaqla az deyildir.
Hipospadias xəstələrinin çoxunda penis əyriliyi də olur. Əməliyyat zamanı bu əyriliyin də düzəldilməsi əməliyyatın ən əhəmiyyətli hissələrindən biridir.
Hipospadiaslı uşaqların diaqonuzunu qoymaq çətin deyildir. Xəstə doğulduğu zaman müayinədə adətən diqnoz qoyulur.
Hipospadiasın müalicəsi cərrahidir. Bu əməliyyatın əsas özəlliyi qusa qalmış sidik kanalının davamını bir boru şəklində yeni kanal olaraq davam etdirmək və penis əyriliyini düzəltməkdir. Sidik dəliyi penis başından nə qədər uzaqdırsa əməliyyatın ağırlığı da ona görə artır.

Hipospadias əməliyyat sonrası hansı ağırlaşmalar ola bilər?
Ən ciddi ağırlaşma uşağın keterini çəkdikdən sonra yenə aşağında işəməsidir. Yəni sünnətin başına qədər yaratdığımız yeni kanalın ucundan yox əvvəlki dəlikdən işəmə ən çox görülən ağırlaşma sayılır. Bu da eyni qaydada yüngül hipospadiaslarda yüz uşaqdan 2-3-də, orta hipospadiaslarda 5-10-da, ağır hipospadiaslarda 25-30 xəstədə ola bilir.
Hipospadias neçə mərhələdə əməliyyat olur?
Yüngül hipospadiaslar 1 əməliyyatla sağalır. Orta hipospadiaslar da adətən 1 əməliyyatla sağalır amma bəzən fistula təmiri deyə ikinci kiçik bir əməliyyata məruz qala bilər. Ağır hipospadiasları isə əvvəlcədən əməliyyatı iki mərhələli planlayırıq ailəyə də 2 dəfə əməliyyat olacaq məlumatı veririk.Əməliyyatdan sonra uşağınız bu şəkildə gördüyünüz sarğı və kateter ilə palataya verilir. Xəstənin kateteri həkim tərəfindən sabitlənir. Bezinin içində qoyulur və xəstə evdə bu kateter ilə rahat bir şəkildə əməliyyatdan sonraki zamanı keçirir. Ailələri ən çox “kateter ilə evdə uşağa necə baxacam” sualı olsa da uyğun məsləhətlər və tövsiyələrlə bu period normal keçir.
