Meckel divertikuluna bağlı şikayətlərə uşaqlarda tez-tez rastlaşırıq. Meckel diverdikulu nazik bağırsağın sonlarına yaxın bir yerdə olur və anadangəlmə bir anomaliyadır. Meckel divertikuluna bağlı xəstəliklərdən ən çoxu bağırsaq qanamasıdır. Bağırsaqdan çox miqdarda qanama olur və xəstəxanaya təcili müraciət səbəbidir. Bəzən hətta qan köçürmək məcburiyyətində qalırıq. Daha çox 2 yaşdan kiçik uşaqlarda bağırsaq qanaması olur. Qanama uşağın bezini tamamən dolduracaq şəkildə tünd rəngli qanama tərzində olur.


Meckel divertikulunun başqa bir ağırlaşması bağırsaq keçməməzliyidir. Bağırsaq keçməməzliyi olan uşaqda qusma, qarın ağrısı və qarın şişliyi olar. Bağırsaq keçməzliyinin səbəbi divertikulun iltihatlanması (divertikulit), divertikuldan bağırsağa uzanan bir bağın mövcudluğu və ya invaginasiyadır.
Bağırsaq keçməməzliyi ilə gələn uşaqlarda adətən əməliyyat qərarı verdiyimiz üçün əməliyyat zamanı diaqnoz qoymuş oluruq. Ancaq qanama ilə gələn xəstələrdə taktikamız uşağın qanamasını dayandırmaq, qan vermək və stabil hala gətirdikdən sonta Tc99 sintigrafiyasına göndərmək olur. Diaqnoza yüksək ehtimal bir nəticə gələrsə (adətən tam diaqnoz nəticəsi verilmir sintigrafiyada) cərrah məsuliyyət alıb laparoskopik əməliyyat planlayır. Unutmayın, qanayan Meckel yenə qanayacağı üçün əməliyyat olunmalıdır.