Qasıq Yırtığı

        Əvvəlcə onu qeyd edim ki, bu ən çox icra etdiyimiz əməliyyatdır. Sizin uşağınızda qasıq yırtığı var deyə üzülə bilərsiz amma özünüzə bu tərəfdən təsginlik verə bilərsiz ki, həm çox görülən bir xəstəlikdir həm də cərrahi müalicə ilə tam sağalan bir xəstəlikdir. Bu xəstəliyin görülmə tezliyi 1-4 % dir. Vaxtından əvvəl doğulmuş uşaqlarda bu rəqəm 10 dəfə çoxdur. Uşaqlarda görülən qasıq yırtıqlarının 60-65%-i sağ tərəfdə, 25-30 %-i sol tərəfdə, 25-30 %-i hər iki tərəfli görülür.
Uşaqların xəstəlikləri böyüklərin xəstəliklərindən fərqlidir. Uşaqların qasıq yırtığı ilə böyüklərin qasıq yırtığı arasında da fərq vardır. Uşaqlarda bu (çəp yırtıq) doğumsal bir processus vaginalis adlanan qarın içi periton çıxıntısının qasıq kanalına qədər uzanması və bunun bağlanmaması nəticəsində baş verir. Böyük insanlarda isə bu daha çox fiziki aktivlik və ağırlıq qaldırma sonrası əmələ gələn düz qasıq yırtığıdır. Uşaqlarda görülən yırtığın ən əsas ağırlaşması isə bu periton çıxıntısı içinə uzanan bağırsaq və ya qarıniçi orqanların boğulmasıdır. Qız uşaqlarınqa yumurtalıq boğulması, oğlan uşaqlarında isə xayaların da damarları o bölgədən çıxdığı üçün xaya qan dövranının pozulması baş verə bilər. Yırtıq boğulması zamanında dıaqnoz qoyula bilməz isə və gecikdirilərsə bu orqanların itirilməsi ilə nəticələnə bilər.

Uşaqlarda qasıq yırtığının ən əsas əlaməti ağlayanda və ya öskürəndə qasıq bölgəsində şişlikdir. Bu ağrı verməz və arada şişib arada itir və o bölgə tamamən normala qayıdır. Diaqnoz qoyduqda 1 həftə içində əməliyyat planlayırıq.
Yırtıq boğulmasının əsas əlaməti isə uşağın narahat olması, o bölgənin ağrılı olması, uşağın qusması ola bilər. Yırtıq boğulması diaqnozu qoyuruqsa təcili əməliyyat edirik.
Əməliyyat açıq və ya laparoskopik olaraq icra edilə bilər. Əməliyyatdan sonra xəstə eyni gün içində evə göndərilə bilər. Hərhansı bir tikiş sökmə və ya sarğı etməyə ehtiyac qalmır.
Önəmlə vurğulamadqa fayda vardır ki, bu xəstəliklər uşaq cərrahiyyəsi mütəxəssiləri və uşaq anesteziyası üzrə təcrübəli mütəxəssislərin iş birliyi ilə həyata keçirilməlidir.

Salam!