Sünnət

Sünnət penisin baş hissəsini örtən sünnət dərisinin kəsilərək çıxarılmasıdır. Sünnətin başını örtən bu dəri hissəsi xalq arasında -pülük, tibbi olaraq isə prepisium adlanır. Sünnət dini, ənənəvi və tibbi səbəblərlə tarixin ən çox icra edilən və ən qədim cərrahi əməliyyatıdır.
Sünnətin bilinən faydaları (penis xərçəngi daha sünnətlilərdə daha azdır, sidik yolu infeksiyası daha azdır) ilə bərabər cərrahi prinsiplərə uyğun edilmədiyində ciddi ağırlaşmaları da ola bilər. Və nə üzücüdür ki, biz sünnətin faydaları haqqında dünya tibbi ədəbiyyatında çox qəti bir araşdırma nəticəsi tapa bilməsək də, onun ağırlaşmalarını demək olar ki, hər həftə görürük. Sünnətin cərrahi tərəfindən çox onun ənənəvi-mərasim tərəfinə əhəmiyyət verən ailələrin uşaqlarında bu ağırlaşmaları daha çox görürük. Unutmayın, sünnət cərrahi bir proseduradır. Sünnət steril şərtlərdə, əməliyyatxana şəraitində edilmədiyi zaman uşağınıza müxtəlif infeksiyalar (hepatit B, hepatit C, HIV) yoluxa bilər. Sünnət uyğun zamanda edilmədiyində müxtəlif psixi/cinsi travmalar ala bilər. Sünnət uyğun alətlərlə edilmədiyində sünnət başının qanqrenaya gedib çürüməsi baş verə bilər. Və ən yüngülü uşağınız təkrar sünnət edilmək məcburiyyətində qala bilər. Mən bu cümlələri uşağını müxtəlif sünnət ağırlaşmaları sonrası qəbuluma gətirən valideynlərin üzgün baxışları və çox peşman üslubları, “doktor bilsəydik belə elətdirməzdik” demələrini xatırlayaraq yazıram. Bir neçə uşağı bu yazı sayəsində ağırlaşmalardan qurtara biləcəmsə çox xoşbəxt hiss edəcəyəm.
 
Sünnət haqqında qısa məlumat verdikdən sonra sizin ən çox ünvanladığınız suallara cavab verim:
 
Sünnət üçün ideal zaman/yaş hansıdır?
- Sünnət üçün ideal yaş anlayışı yoxdur. Amma sünnəti məsləhət bilmədiyimiz yaşlar var. 2-6 yaş arası məsləhət görülməyən yaşlardır. Psixiatriyada bu illərə fallik illər deyilir. Cinsi kimliyin qazanılmasında ən əsas illər məhz bu illərdir. Bu illərdə uşaqlar üzərində cinsi orqanlarında əməliyyatdan yayınmaq tövsiyyə olunur. Yerli keyitmə ilə sünnət isə birmənalı qadağandır bu yaşlarda!!
 
Lazerlə sünnət edirsiz?
-  Bunu qeyd edim ki, lazer sünnəti olmur. Monopolyar koter sünnəti olur və ya termokoter sünnəti olur. Bu alətlər ilə kəsmək çox asan olduğu üçün, bütün damarları yandıraraq kəsdiyi üçün sünnətçilər tərəfindən asan yol olaraq seçilmişdir. Ancaq qansız sünnət yuxarıda qeyd etdiyim kimi geridönüşümü olmayan sünnət ağırlaşmalarına səbəb ola bilir. Amerika və Avropa Uşaq cərrahiyyəsi assosiasiyaları penis əməliyyatlarında monopolyar koter istifadəsini qəti şəkildə tövsiyyə etmir!!
Biz sünnəti cərrahi olaraq kəsirik və sadəcə qanayan damarları görərək bipolyar koter vasitəsi ilə qanamanı dayandırırıq.

Hansı üsulla sünnət edirsiz?
-  Sleeve metodu ilə sünnət edirəm. Çünki bu ən təhlükəsiz və estetik, nəticələri ən yaxşı olan metoddur. Bu üsul vasitəsi ilə sünnət başı görülərək kəsildiyi üçün onun zədələnmə ehtimalı çox azdır. İkinci ən əsas üstünlüyü iç dəri (selikli qişa) və dış dəri (pülük) ölçülə bilərək kəsilir. Bu da dərinin uzun və ya qısa saxlanılması problemini minimuma endirir. Üçüncü ən əhəmiyyətli üstünlüyü odur ki, bəzi sünnətlər içə gömüldüyü üçün normal sünnətdən sonra yenə sünnət olmamış kimi bitişmələr əmələ gələ bilər. Bu baxımdan Sleeve metodunda bu ağırlaşma riskləri çox aza endirilmiş olur.
 
Sünnəti yerli keyitmə ilə, yoxsa narkozla edirsiz?
-  İki aya qədər yenidoğulmuşlara lokal anesteziya (yerli keyitmə) ilə, iki aydan böyük uşaqlara sedasiya ilə sünnət edirəm.
 
Uşağı gətirsək eyni gün içində sünnət edərsiz?
-  Xeyr. Əvvəlcə uşağı müayinəyə gətirməniz tələb olunur. Müayinədə xayalara və sünnət üçün əks göstəriş olub olmamasına nəzər yetirilir.
 
Sünnət sonrası xəstəxanada yatış olur?
-  Xeyr. Uşaq palatada anası ilə birlikdə sünnət sonrası 2 saat izləmdən sonra xəstə evə göndərilir.
 
Sarğı qoyulurmu?
-  Xeyr sünnət sonrası sarğı materialı çox hallarda qoymuram.
 
Sağalma müddəti neçə gün çəkir?
-  Sünnət zamanı yara sağalmasını tezləşdirmək üçün incə tikişlərdən istifadə etdiyimiz üçün sünnətin sağalma müddəti artıq keçmişdəki kimi günlər və həftələr çəkmir. Uşaqdan uşağa dəyişməklə birlikdə, çox qısa zamanda- bəzən ertəsi gün belə ailələr uşaqlarının heç sünnət olmamış kimi normal həyatlarına davam etdiklərini bildirirlər.

Salam!