Wilms tm uşaqlara xas olan, böyrəyin bədxassəli şişidir. Düzənsiz səthə, asanca yırtıla bilən bir yalançı kapsulaya, sərhədləri adətən bəlli olan bir tumordür. Qısa müddətdə çox böyümə potensialına sahip olduqları üçün bu şiş adətən diaqnoz aldığında III-IV mərhələdə olur.
Histolojik olaraq bu tümörlər favorable və unfavorable olaraq ikiyə bölünürlər. Favorable sözünü dilimizə pisin yaxşısı olaraq tərcümə edə bilərik. Əgər Wilms tm ilə bir uşaq müraciət edibsə onun 2 yaşdan kiçik olmasını istəyərdik çünki böyük uşaqlarda Wilms tm adətən unfavorable olur.
Wilms tm böyrək venası vasitəsi ilə ürəyin sağ qulaqcığına, buradan isə ağciyərə metastaz verər. Sadəcə 15% hallarda Wilms tm metastaz vermiş olur.


Ailələr uşağının qarnında ələgələn şişlik ilə hekimə gətirərlər. Bəzən tumor nekrozuna bağlı ateş, qanamaya bağlı sidikdə qan və yan ağrısı kimi şikayətlər də verə bilər. Wilms tm uşaqların təxminən 25% də böyrək damarlarının sıxışmasına bağlı təzyiq yüksəkliyi ola bilər. Wilms tm olan uşaqların bəzilərində sindromik xəstəliklər ola bilmə ehtimalı da vardır. Wilms tm radyolojik olaraq çox tipik olduğu üçün opere ediləbilinəcək vəziyyətdədirsə biopsi edilmədən əməliyyata alınmalıdır. Wilms tümorünün üzərinə gün batmaz deyə bir deyim vardır. Bu deyim Wilms tm diaqnoz qoyulur qoyulmaz hazırlıqları edib əməliyyat edilməli olduğu üçün deyilmiş bir sözdür. Wilms tm hər nə qədər bədxassəli bir şiş olsa da bu xəstəlikdən tamamən qurtulma şansı vardır. Xəstəliyin mərhələsi, limfa vəzi tutulumu və histolojik faktorlar əsas prognostik faktorlardır. Radikal olaraq nefrektomi edilməsi və qarşı tərəfin yoxlanılması prioritet hesab edilir.