Yemək Borusu Yanığı

Uşaqlarda kostik/korroziv qida borusu yaralanmaları
 
Unutmayın bu bir ev qəzasıdır!
 
Mətbəx və hamam tualetdə istifadə olunan kirəc çözücü asid (turşu) tərkibli təmizlik maddələrinin və yağ çözücü olaraq istifadə edilən alkali (qələvi) tərkibli maddələrin səhvən az miqdarda da olsa içilməsi nəticəsində əmələ gəlir. Bu maddələr ya maye halında ya da granul halında sizin evinizə girə bilər. Paltaryuyan və qabyuyan tərkibli maddələr isə adətən uşaqlarda yüngül yaralanmalara səbəbiyyət verir ya da heç vermir. Ancaq bu iki maddəni sizin valideyn olaraq ayırd etməniz çətindir və sizdən istədiyimiz maddə ayırd etmənizdən çox maddənin fərqindən asılı olmadan onu uşaqlar üçün əlçatmaz yerə qoymaqdır.

İlk yardım olaraq nə etməli!!!??? İlk yardım olaraq əslində heçnə etməmək ən böyük yardım olacaqdır!!! Çünki bilinənin əksinə bu uşaqları qusturmaq olmaz! Çünki qusuntu təkrar qida borusunu yandıracaqdır, bundan qaçmaq lazımdır! Mədəyə zond taxmaq, mədəni yumaq olmaz!!!
Təcili endoskopi etməyin heç bir mənası yoxdur. Xəstəni xəstəxanaya yatırıb uyğun müalicəni başlayıb daha sonra ilk 48 saat ərzində endoskopini etmək lazımdır. Endoskopidə qida borusu yaralanmasını görən kimi tez endoskopi işləmini dayandırmaq lazımdır ki, zərər verilməsin. Koroziv maddə içilməsinin ardından qida borusunda meydana gələn yanığın dərəcəsi içilən maddənin tipinə (ph sına), miqdarına və konsantrasiyasına bağlıdır.

Turşu tərkibli maddələr daha çox mədə, qələvi tərkibli maddələr qida borusunu yandırır. Tənəffüs yollarının və səs tellərinin də yanma ehtimalı olduğu zaman xəstənin hava yolunun təcili olaraq güvenceye alınması lazımdır.
Koroziv maddə yanıqlarında ilkin  müalicədən sonra gec zaman müalicəsi 3 həftə sonra ediləcək bir endoskopiya sonrası müəyyən olunur. Əgər qida borusu dərin yanmışsa o zaman qida borusu daralmaları olur ki, buna da dəfələrlə balon ilə genişlətmə və ya bujlama müalicələri edilir. Qida borusu genişlədilmələrindən fayda görməyən uşaqlara mədə və ya bağırsaqdan qida borusu düzəldilir. Amma unutmayin, ən yaxşı qida borusu uşağın öz qida borusudur və ən yaxşı qida borusu yanmayan qida borusudur. Uşaqlarımızı qoruyaq!

Salam!